Vakansiya haqqında
“CRONOS Construction” MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır.
İş şəraiti:
İş rejimi: 5 günlük, 09:00–18:00;
Əmək haqqı: Müsahibə əsasında;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Texniki ofis rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
- Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə
- MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı
- Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək bacarığı
- Hesabatların hazırlanması və təhlili bacarığı
- Komanda idarəetməsi və koordinasiya bacarığı
- Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik etmək
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət etmək
- Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və icrasını təmin etmək
- Sifarişçilərdən və subpodratçılardan daxil olan smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq
- Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu aparmaq
- Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək
Oxşar elanlar
- Avtomatlaşdırma üzrə QA Aparıcı MütəxəssisPASHA Insurance · Dünən
- IT və Kiber Risklərinin İdarə Edilməsi şöbəsi üzrə Baş mütəxəssisPasha Bank · Dünən
- Computer Science Teaching AssistantLandau Education Group · Dünən
- Terminallarla iş üzrə mütəxəssisATB Bank · Dünən
- Planlama mühəndisiCapital Construction MMC · Dünən
- Sahə MühəndisiPASHA Real Estate Group · Dünən