Məzmuna keçin
Capital Construction MMC yerləşdirilib

Fəhlə - ilməkçi (riger)

Maaş
1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Peşə və funksional öhdəliklər:

Cəmiyyətdə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;

İşə başlamazdan əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını yoxlamaq;

Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros, kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini yoxlamaq;

Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;

Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini hazırlamaq;

Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və təhlükəsiz şəkildə açılmasını təmin etmək;

Daşınma zamanı yük hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;

Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar qoymaq;

Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;

Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və dəqiq göstərişlər vermək;

Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Nizami r.

İş qrafiki: 6 günlük iş həftəsi;

Əmək haqqı: 1000 manat

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə-ilməkçi (riger)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 077 499 11 12 bilərlər.

Tələblər

  • Müvafiq peşə üzrə iş təcrübəsi
  • İlməkçi işləmək üçün sertifkatın olması zəruridir
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
  • Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq

Üstünlük hesab olunur

  • Tikinti layihələri üzrə təcrübə üstünlükdür
  • Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →