Məzmuna keçin
Mətanət A Şirkətlər Qrupu yerləşdirilib

Çilingər

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Zavod avadanlıqlarının quruluşu və işləmə prinsipləri haqqında texniki biliklərə malik olmaq;

Mexaniki avadanlıqların təmiri sökülməsi, yığılması və sazlanması üzrə praktiki bacarıqlara sahib olmaq;

Ölçü alətlərindən (şubler, mikrometr və s.) istifadə etməyi bacarmaq və lazımi ölçmələri düzgün aparmaq;

Mexaniki hissələrin tənzimlənməsi, boşluqların və qalınlıqların yoxlanılması qaydalarını bilmək;

Avadanlıqlarda vibrasiya, səs, tempuratur və digər nasazlıq əlamətlərini müəyyən etmə bacarığına malik olmaq;

Təmir və texniki xidmət zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etməyi bacarmaq;

Avadanlıqların profilaktik baxışı və gündəlik texniki yoxlamalarını aparmaq bacarığı;

Təmir işləri üçün lazım olan ehtiyyat hissələrini düzgün müəyyən etmək bacarığı;

Təmir işləri haqqında qeydiyyat jurnalında düzgün qeydlər aparmaq bacarığı;

Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarını bilmək və onlara riayət etmək;

Sanitariya və istehsalat qaydalarına əməl etmək;

Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək.

İş şəraiti

İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);

Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).

Biz nə təklif edirik

Qidalanma şirkət tərəfindən təmin edilir;

Nəqliyyat şirkət tərəfin təmin edilir;

Əmək haqqı: Razılaşma yolu ilə;

Tələblər

  • Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili
  • Təcrübə : Müvafiq sahə üzrə minimum 2 il
  • Mexaniki avadanlıqların iş prinsiplərini bilmək
  • İstehsalat avadanlıqları ilə işləmək bacarığı
  • İşə planlı yanaşması
  • Diqqətlilik, məsuliyyətlilik və fiziki dözümlülük
  • Ölkədaxili ezamiyyət imkanları

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →