Vakansiya haqqında
Detalların, boruların və metal konstruksiyaların nəzərdə tutulmuş üsulla (SMAW, GMAW/MIG-MAG, GTAW/TIG və s. ) qaynaq olunması;
Qaynaq tikişlərin keyfiyyətinə, sıxlığına və standartlara (məsələn, İSO, AWS) uyğunluğuna cavabdehlik daşımaq;
Qaynaq tikişlərinin təmizlənməsi və vizual yoxlanılması;
Metal səthlərin, tikiş kənarlarının (beveling) qaynağa hazırlanması, pas və yağdan təmizlənməsi;
Qaynaq avadanlıqlarının və alətlərin gündəlik texniki baxşını həyat keçirmək və saz halda saxlamaq;
Elektrodların, tellərin və qazların doğru seçilməsi və saxlanma şəraitinə riayət olunması:
Qaynaq proseduru spesifikasiyasına (WPS) tam əməl etmək;
Çertyojları, mexaniki sxemləri və montaj təlimatlarını oxumaq;
Şəxsi mühafizə vasitələrindən düzgün istifadə etmək;
Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və qapalı məkanda iş qaydalarına riayət etmək.
İş şəraiti:
İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
Qidalanma şirkət tərəfindən təmin edilir;
Nəqliyyat şirkət tərəfin təmin edilir;
Əmək haqqı (Razılaşma yolu ilə);
Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil
- Təcrübə: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Ölkədaxili ezamiyyət imkanları
Üstünlük hesab olunur
- Təlimlər və sertifikatlar arzuolunandır
Oxşar elanlar
- FəhləMətanət A Şirkətlər Qrupu · Bu gün
- ÇilingərMətanət A Şirkətlər Qrupu · Bu gün
- FəhləBy Telecom · Dünən
- Suşi ustasıULU Hospitality Group · Dünən
- İstehsalat rəisiAN Production · 2 gün əvvəl
- Aqronom (Şimal regionu üzrə)"Agrarco" MMC · 5 gün əvvəl