İşin təsviri
Təsvir
- Avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin (dayanacaqlar, taksi duracaqları, terminallar, Nəqliyyat Mübadilə Mərkəzləri və s.) yerlərinin təhlil olunması və layihələndirilməsi;
- Yol hərəkətinin təşkili üzrə daxil olan layihələrə, habelə avtomobil yollarının, keçidlərin, avtovağzalların yenidən qurulması layihələrinə rəylərin verilməsi;
- Dayanacaq pavilyonlarının standartlara uyğun yerlərinin müəyyənləşdirilməsi və quraşdırılması üçün təkliflərin/sifarişlərin hazırlanması;
- Mövcud və planlaşdırılan marşrut xətləri üzərində avtobus dayanacaq məntəqələrinin yerlərinin təhlil edilməsi, müvafiq rəylərin alınaraq aidiyyəti üzrə təşkil olunması;
- Taksi dayanacaqları və dayanma yerlərinin təşkili üzrə araşdırmaların aparılması, müvafiq rəylərin öyrənilərək icrasının təmin edilməsi;
- Quraşdırılmış yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələrinin AYNA-nın Coğrafi İnformasiya Sisteminə (CİS/GIS) əlavə edilməsi və yenilənməsinə nəzarət olunması;
- Fəaliyyət istiqaməti üzrə milli və beynəlxalq standartların, normativ hüquqi aktların hazırlanmasında iştirak edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi;
- Vətəndaş və təşkilat müraciətlərinin, eləcə də sorğuların qanunvericiliyə (“Vətəndaşların müraciətləri haqqında” Qanun) uyğun olaraq vaxtında, dəqiq araşdırılması və cavablandırılması.
Tələblər
Təhsil: Yol hərəkətinin təşkili, avtomobil yolları, sərnişin daşımaları, logistika və ya müvafiq nəqliyyat sahəsi üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il peşəkar iş təcrübəsi (layihələndirmə və rəy vermə təcrübəsi mütləqdir);
Elmi/akademik fəaliyyət: Vakant vəzifənin fəaliyyət funksiyaları üzrə məqalələrin olması və konfranslarda iştirak (üstünlükdür);
“Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunlarının, yol nişanları və nişanlama xətlərinin, texniki nizamlama vasitələrinin quraşdırılması standartlarının mükəmməl biliyi;
Dayanacaq məntəqələrinin standartlara və qanunvericilik aktlarına uyğun təşkil edilməsi qaydaları üzrə biliklər;
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu üzrə biliklər;
Stresə davamlılıq, müraciətlərin operativ təhlili, kameral və ərazidə işləmək qabiliyyəti, vətəndaş və təşkilatlarla peşəkar danışıqlar aparmaq qabiliyyəti;
Mexaniki transmissiyalı nəqliyyat vasitəsini idarəetmə vərdişləri (üstünlükdür).
Proqram təminatı bilikləri:
- AutoCAD — Mükəmməl;
- ArcGIS / GIS — Yaxşı;
- Google Earth Pro — Yaxşı;
- MS Office (Excel, Word) — Yaxşı.
Dil Bilikləri:
- Azərbaycan dili — Sərbəst (rəsmi yazışma və kargüzarlıq səviyyəsində);
- Xarici dil bilikləri (İngilis və ya Rus dili) (üstünlükdür).