İşin təsviri
- Agentliyin könüllü siyasətini inkişaf etdirmək və bu siyasətin həyata keçirilməsinə nəzarət etmək.
- Könüllülərlə işin düzgün, effektiv və tələblərə uyğun qaydada təşkili və idarə olunmasını təmin etmək.
- Könüllülərlə bağlı layihə və proqramlar hazırlamaq və həyata keçirmək.
- Könüllülərin cəlb edilməsi və seçimi prosesində yaxından iştirak etmək, onların uyğun sahələrdə yerləşdirilməsini təmin etmək.
- Könüllülər üçün təlim və maarifləndirmə proqramları təşkil etmək, onların bacarıqlarının inkişafı üçün müvafiq tədbirlər görmək.
- Könüllü fəaliyyətlərini izləmək, qiymətləndirmək və müvafiq hesabatlar hazırlamaq.
- Könüllülərin iş prosesində qarşılaşdıqları çətinliklərin həllinə dəstək olmaq.
- Könüllülərlə işlərin səmərəli qurulması üçün dövlət və ictimai təşkilatlarla əlaqələr yaratmaq.
Tələblər
- Ali təhsil.
- Könüllülərlə iş, layihələrin idarə edilməsi və ya vətəndaş xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis, və Rus dilləri – yaxşı səviyyədə.
Zəruri biliklər:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
- İnzibati Xətalar Məcəlləsi;
- İşgüzar ünsiyyət mədəniyyəti və peşə etiketi qaydaları;
- Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydaları üzrə biliklər.
- Problemləri effektiv həll etmək və gərgin iş mühitində çalışmaq bacarığı.
- Yüksək səviyyədə danışıqlar aparmaq, ünsiyyət qurmaq və dinləmə bacarığı.
- Yaradıcı, təşəbbüskar, dəyişikliklərə tez adaptasiya olunan və stressə davamlı olmaq.
- Detallara diqqət, dəqiqlik və yüksək şifahi/yazılı ünsiyyət bacarıqları.