İşin təsviri
Təsvir
- İlkin maliyyə sənədlərini yoxlayaraq e-qaimələri tərtib edib göndərmək;
- Gəlirlərinin aylıq, rüblük və illik dövrlər üzrə mühasibat uçotunda tam və düzgün əks olunmasını təmin etmək;
- Gəlir əməliyyatlarını müvafiq mühasibat hesablarında vaxtında və düzgün əks etdirmək, uyğunsuzluq və səhvləri aradan qaldırmaq;
- Kontragentlərlə hesablaşmalara nəzarət etmək, debitor borclarını izləmək və gecikmiş ödənişlərlə bağlı zəruri tədbirlər görmək;
- Kontragentlərlə mütəmadi olaraq üzləşmə aktları hazırlamaq və debitor hesablar üzrə gündəlik/aylıq əməliyyatları icra etmək;
- Gəlirlərin analizi zamanı yaranan uyğunsuzluqları vaxtında aradan qaldırmaq və ya bu barədə rəhbərliyə məlumat vermək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, Biznesin idarə edilməsi);
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi.
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
- ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır;
- Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları;
- Operativ və məsuliyyətli iş yanaşması;
- Komanda ilə işləmək, sürətli qərar vermək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.