İşin təsviri
Təsvir
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə nəzarət
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət
- 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi
- Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət
- Əsas vəsaitlər və inventar uçotunun idarə edilməsi və yenilənməsi
- Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması
- Mühasibat dövrlərinin açılış və bağlanış əməliyyatlarının icrası, uçot qeydlərinə və alt sənədlərə nəzarəti həyata keçirilməsi
- Mühasibat heyətinə rəhbərlik və nəzarət edilməsi
Tələblər
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- Baş mühasib və ya uçot şöbəsinin rəhbəri kimi minimum 5 il iş təcrübəsi (dövlət sahəsi üstünlükdür)
- Mühasibat uçotu və vergi qanunvericiliyini dərindən bilmək, dəyişiklikləri izləmək
- Vergi, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi
- 1C 8.3 proqramında sərbəst işləmək
- MS Excel daxil olmaqla MS Office bilikləri
- PMS sertifikatı olması mütləqdir (ACCA/DipIFR üstünlükdür)
- Güclü analitik düşüncə və problem həll etmə
- Dəqiqlik və detallara yüksək diqqət
- Stressə davamlılıq və operativ qərarvermə