İşin təsviri
Vəzifənin qısa təsviri:
Avtomobil nəqliyyatı, yol hərəkətinin təşkili, mikromobillik, piyada infrastrukturu sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Mövcud tənzimləmə mexanizmlərinin təhlilini aparmaq, təkmilləşdirilməsi ehtiyacları ilə bağlı təkliflər hazırlamaq;
- Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, əsaslandırmalar, analitik hesabatlar və vizual təqdimatlar hazırlamaq, tətbiqinin müsbət və mənfi tərəfləri, eləcə də yaratdığı risklər barədə rəy formalaşdırmaq;
- Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı hazırlanan normativ-hüquqi aktların, o cümlədən standartların layihələrinin hazırlanmasında iştirak etmək;
- Tənzimləmə normalarının təkmilləşdirilməsi ilə bağlı digər dövlət orqanlarından (qurumlarından), beynəlxalq təşkilatlardan, vətəndaşlardan və s. daxil olan təkliflərə baxmaq və əsalandırılmış rəylər hazırlamaq.
Tələblər
Tələblər:
- Nəqliyyat və ya yol hərəkətinin təşkili sahəsində ali təhsil.
- Nəqliyyat sahəsində minimum 2 il iş təcrübəsi.
- Microsoft Office (Word, PowerPoint və Excel) proqram təminatlarında sərbəst iş bacarığı.
- İngilis dili: orta səviyyədən yuxarı (Upper-Intermediate və daha yüksək). Rus vəya türk dili biliyi arzuolunandır.
- Yüksək səviyyədə müstəqil işləmə bacarığı, tapşırıqları strukturlaşdırma və analiz etmə bacarığı, analitik və kritik düşüncə.