Malların qəbulu və anbar üzrə köməkçi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

əzifə üzrə öhdəliklər:

  • Malları düzgün temperaturda və düzgün şəkildə qəbul etmək, son istifadə tarixi, sayı, kütləsi, fiziki görünüşü və sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək;
  • Malları qəbul edərkən müvafiq şöbənin məsul şəxslərini çağırmaqla qəbul olunan malların məqbul keyfiyyətdə və sifarişə uyğun olmasından tam əmin olmaq;
  • Çatdırılan malların verilmiş sifarişlərə uyğunluğunu yoxlamaq;
  • Sənəd və fakturalardakı bütün məlumatları vaxtlı-vaxtında kompüterdə və qeydiyyat jurnallarında yeniləmək;
  • Anbar ərazisinə daxil olan yük maşınlarının qeydiyyatını aparmaq, yoxlama vərəqini (çeklist) doldurmaq, qəbul prosesini sənədləşdirmək və məsul şəxsə göndərmək;
  • Qida təhlükəsizliyi standartlarına uyğun olmayan və geri göndərilən məhsulları aktlaşdırmaq;
  • Mərkəzi anbardan və təchizatçılardan gələn nəqliyyat vasitələrinə malları SƏTƏM qaydalarına uyğun şəkildə yükləmək və boşaldaraq anbara təlimat üzrə yerləşdirmək;
  • Mal və məhsulların itkisinə yol verməmək, daşınarkən malların zədələnməməsinə diqqət etmək;
  • Şöbələrə göndərilməyən ehtiyat malları SƏTƏM və təlimat qaydalarına uyğun şəkildə, istifadə müddətinin artan sırası gözlənilməklə (FİFO) anbarın rəflərinə yığmaq və boş paletləri furqonlara yükləmək;
  • Malları SƏTƏM qaydaları üzrə anbardan götürmək və müvafiq şöbə əməkdaşlarına təhvil vermək;
  • Vəzifə ilə bağlı işçiyə təhkim edilən yükqaldırma və yükdaşıma avadanlıqlarından SƏTƏM qaydalarına riayət olunmaqla təlimatda göstərildiyi şəkildə istifadə etmək;
  • Anbar ərazisinin təmiz saxlanılmasına və SƏTƏM qaydalarına ciddi riayət etmək;
  • Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;

Vəzifə üzrə öhdəliklər:

  • Orta və ya orta ixtisas təhsili (logistika, ticarət, anbar uçotu üstünlükdür)
  • Anbar uçotu və sənədləşmə barədə baza biliklər
  • Qida təhlükəsizliyi və SƏTƏM (əməyin təhlükəsizliyi) qaydaları üzrə anlayış
  • Anbar, qəbul, logistika və ya oxşar sahədə təcrübə (adətən 1–2 il üstünlük sayılır)
  • Malların qəbul-təhvil prosesində işləmə təcrübəsi
  • Kompüter bilikləri (xüsusilə Excel)
  • Elektron və kağız sənədlərlə işləmə bacarığı
  • Çeklist, faktura və uçot sənədlərini düzgün doldurma
  • Diqqətlilik və detallara həssaslıq (sayı, çəki, tarix, keyfiyyət yoxlanışı üçün)
  • Malların düzgün yerləşdirilməsi və daşınması
  • Fiziki dözümlülük (yük qaldırma və daşınma işləri olduğu üçün)
  • Anbar şəraitində işləməyə uyğunluq (soyuq/isti mühitlər daxil ola bilər)
  • Məsuliyyətlilik və intizamlılıq
  • Komanda ilə işləmə bacarığı
  • Operativlik və stres altında işləmək bacarığı
  • Rəhbər göstərişlərinə dəqiq əməl etmək

Əmək şəraiti:

  • İş qrafiki: 08:00 – 17:00 (6 günlük)
  • Əmək haqqı: 630 Azn net + 40 manat yemək kartı
  • İş yeri: Şüvəlan qəsəbəsi, Bravo Market

Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Malların qəbulu və anbar üzrə köməkçi” mövzusu ilə hr2@azerbaijansupermarket.com elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.