Tibb xidmətinin təşkili şöbəsi, Psixoloq

İşin təsviri

Təsvir

  • Uçuş heyətinin vəzifəyə başlamazdan və uçuş təlimlərindən əvvəl psixoloji xüsusiyyətlərinin və uçuş mühitinə uyğunluğunun qiymətləndirilməsi;
  • Uçuş heyəti və növbə uyğunlaşdırılması prosesində rəhbərliyə dəstək göstərilməsi, heyət üzvləri və HHİ dispetçerlərinin psixoloji uyğunluğunun müəyyən edilməsi;
  • İşə namizədlərin və əməkdaşların psixoloji qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Aviasiya sahəsinə aid xüsusi psixoloji mövzular üzrə maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi;
  • Peşə etikası və iş mühiti ilə bağlı psixoloji halların təhlil edilməsi, təklif və tövsiyələrin verilməsi;
  • Stressin idarə olunması və psixi sağlamlığın qorunması üzrə təlimlərin keçirilməsi;
  • Psixoloji müayinə və konsultasiyaların qanunvericiliyə və daxili qaydalara uyğun aparılması, sənədləşmənin vaxtında və düzgün şəkildə təmin edilməsi

Tələblər

  • Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları: MS Word, MS Excel;
  • Ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Qərarvermə bacarığı;
  • Dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmə bacarığı.

İş qrafiki: yarımştat;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.