Brend Menecer

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Şirkətimizə peşəkar Brend Menecer axtarılır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin brend strategiyasını hazırlamaq, həyata keçirmək və inkişaf etdirmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri və istehlakçı davranışlarını analiz etmək;
  • Brendin bazarda mövqeyini gücləndirmək üçün marketinq və reklam fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək;
  • Reklam kampaniyaları, PR layihələri, promo aksiyalar və təqdimatların təşkilini və icrasını idarə etmək;
  • Reklam agentlikləri və daxili komandalarla əməkdaşlıq edərək reklam materiallarının hazırlanmasını və prosesin icrasını təmin etmək;
  • Brend standartlarının bütün satış nöqtələrində tətbiqinə və müştəri təcrübəsinin yüksəldilməsinə nəzarət etmək;
  • Yeni məhsulların bazara çıxarılması və satış kanalı strategiyalarının hazırlanmasında iştirak etmək;

Tələblər:

  • Bəy və ya xanım namizəd;
  • Yaş: 25+;
  • Minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, planlama və ünsiyyət bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq );
  • İş qrafiki: 5 günlük iş rejimi;
  • Rahat və peşəkar iş mühiti;
  • Karyera inkişafı imkanı.

CV-lərinizi hr@azerishltd.comhr@azerishltd.com elektron poçt ünvanına “Brend Menecer” mövzusu ilə göndərməyiniz xahiş olunur.