İşin təsviri
- Cəlb olunduğu yoxlamalar üzrə məsul olduğu sahələrin audit proqramına uyğun yoxlanılmasında iştirak edilməsi;
- Audit olunan proseslər üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Müəyyən edilən boşluq və çatışmazlıqların rəsmiləşdirilməsi;
- Audit zamanı qanunvericilik, daxili qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi;
- Audit sübutlarının toplanılması, təhlil edilməsi və işçi sənədlərin hazırlanması;
- Qrup rəhbərinin audit proqramına uyğun göstərişlərinin yerinə yetirilməsi;
- Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsində iştirak edilməsi;
- Audit tövsiyələrinin icra vəziyyətinin izlənilməsində iştirak edilməsi;
- Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Tələblər
- Poçt haqqında qanun və Mərkəzi Bankın normativ aktları üzrə məlumatlı olmaq;
- Beynəlxalq audit standartları üzrə üsullar və təşkilat fəaliyyəti haqqında biliklər;
- Müstəqilliyini və obyektivliyini qorumaq bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Ali iqtisadi/hüquqi təhsil;
- Əla səviyyədə MS Office proqramları bilikləri;
- Daxili audit, risk əsaslı yanaşma və daxili nəzarət mexanizmləri barədə ilkin biliklər;
- Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
- Komanda şəklində işləmək bacarığı;
- Öyrənməyə açıq, məsuliyyətli və nəticəyönümlü olmaq.