İşin təsviri
Təsvir
- Şübhəli əməliyyatların təhlili və risk qiymətləndirilməsinin aparılması;
- Müştəri tranzaksiyalarının monitorinqi və davranış modellərinin analiz edilməsi;
- AML monitorinq sistemləri və ssenariləri üzrə analizlərin aparılması;
- Şübhəli əməliyyat hesabatlarının (STR/SAR) hazırlanması və təqdim edilməsi;
- Riskli müştərilər və əməliyyatlar üzrə dərin araşdırmaların aparılması
- AML ssenarilərinin təkmilləşdirilməsi və yeni risk indikatorlarının hazırlanması;
- Daxili nəzarət və audit proseslərində iştirak etmək;
- Tənzimləyici qurumların sorğularının cavablandırılmasında iştirak etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İT və ya əlaqəli sahə üzrə);
- Bank sektorunda ƏL/TMM sahəsində 1–3 il iş təcrübəsi;
- Analitika və ya monitorinq sahəsində təcrübə üstünlükdür;
- ƏL/TMM qanunvericiliyi və müvafiq normativ aktlar üzrə biliklər;
- KYC, CDD və EDD proseslərinin yaxşı mənimsənilməsi;
- Şübhəli əməliyyat indikatorları və AML tipologiyaları üzrə biliklər;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- AML sistemləri ilə iş təcrübəsi (məsələn, Siron, Actimize və s.) üstünlükdür;
- Azərbaycan dilində sərbəst,İngilis dili üzrə yaxşı səviyyə; Rus dili biliyi üstünlükdür;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyətlilik;
- Stress altında işləmək bacarığı;
- Komanda ilə effektiv işləmə və kommunikasiya bacarığı.