İşin təsviri

  • Kompüter sistemləri və şəbəkələri qorumaq üçün təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqi
  • Sistemlərin təhlükəsizlik pozuntuları üçün monitorinqi və hadisələrin araşdırılması
  • Təhlükəsiz şəbəkə arxitekturalarının dizaynında iştirak
  • Təhlükəsizlik siyasətlərinə uyğunluğun təmin edilməsi üçün IT komandaları ilə sıx əməkdaşlıq
  • Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanmasında iştirak
  • Təhlükəsizlik insidentlərinə cavab verilməsi və risklərin azaldılması
  • Yeni kibertəhlükəsizlik təhdidləri və texnologiyalarının davamlı izlənilməsi

Tələblər

  • İnformasiya texnologiyaları sahəsində minimum 1+ il iş təcrübəsi
  • Firewall, şifrələmə və IDS/IPS kimi təhlükəsizlik alətləri üzrə baza biliklər
  • DLP, PAM, WAF və DNS təhlükəsizliyi üzrə biliklər
  • Şəbəkə protokolları üzrə anlayış
  • Docker haqqında anlayış
  • Linux və Windows sistemləri ilə iş təcrübəsi
  • Elastic Stack ilə işləmə təcrübəsi
  • Təhlükəsizlik insidentlərinə ilkin reaksiya və araşdırma bacarığı
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Təhsil – Ali
  • Dil bilikləri

Azərbaycan dili – səlis; İngilis dili – yaxşı.

Üstünlük sayılacaq

  • Kibertəhlükəsizlik sahəsində sertifikatlar (Security+, CEH və s.)