İşin təsviri
Swift proqramlaşdırma dili istifadə edərək iOS tətbiqlərinin və kod kitabxanalarının (SDK) hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəyi;
SwiftUI və UIKit əsasında istifadəçi interfeyslərinin hazırlanması, mövcud ekranların optimallaşdırılması və UI problemlərinin aradan qaldırılması;
Combine və Swift Concurrency vasitəsilə asinxron və reaktiv proseslərin düzgün və effektiv idarə olunması;
Jira üzərindən təqdim olunan texniki tapşırıqlara uyğun olaraq funksionallıqların vaxtında və keyfiyyətli şəkildə icrası;
Mövcud kod bazasında refaktorinq aparılması, performansın və oxunaqlılığın artırılması;
Kod standartlarına, Clean Code prinsiplərinə və daxili inkişaf qaydalarına ciddi riayət edilməsi;
Unit testlərin yazılması və mövcud testlərin saxlanılması, kodun testlərlə əhatə olunmasına töhfə verilməsi;
GitLab üzərindən branch-lərlə işləmək, merge request-lərin yaradılması və code review proseslərində iştirak;
Komanda üzvlərinin yazdığı kodların review edilməsi, konstruktiv rəy verilməsi və texniki müzakirələrdə iştirak;
Backend və QA komandaları ilə əməkdaşlıq edərək inteqrasiya və test proseslərinin koordinasiyası;
Sprint planlamaları, daily meeting-lər və retrospektivlərdə aktiv iştirak;
Texniki problemlərin analizi və effektiv həll yollarının təklif edilməsi;
Tətbiqin stabil işləməsinin təmin olunması və aşkar edilən bug-ların operativ şəkildə aradan qaldırılması;
Texniki sənədlərin oxunması və ehtiyac olduqda daxili texniki dokumentasiyanın hazırlanması;
Tələblər
- Ali təhsil;
- Minimum 1 il iOS üzrə full-time iş təcrübəsi (2+ il arzuolunandır);
- Swift proqramlaşdırma dili üzrə praktik və sabit biliklər;
- SwiftUI və UIKit istifadə edərək iOS tətbiqlərinin hazırlanması təcrübəsi (iOS SDK-larının hazırlanması təcrübəsi arzuolunandır);
- Combine framework ilə reaktiv proqramlaşdırma təcrübəsi;
- Swift Concurrency (async/await, Task, Actors) üzrə biliklər;
- Test yazma bacarığı və test yönümlü inkişaf anlayışı (TDD üstünlükdür);
- Kod keyfiyyətinə, performansa və oxunaqlılığa diqqət;
- Versiya nəzarət sistemləri ilə iş bacarığı (GitLab/GitHub);
- Komanda daxili effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
- Üzərinə götürdüyü tapşırıqlara məsuliyyətli yanaşma və aparıcılıq;
- Code review mədəniyyəti və konstruktiv feedback vermə/qəbul etmə bacarığı;
- Zamanın düzgün idarə olunması, prioritetlərin müəyyən edilməsi və deadline-lara riayət;
- Öyrənməyə və peşəkar inkişafa açıq olmaq, iOS ekosistemindəki yenilikləri izləmək;
Üstünlük hesab olunur:
App Store-a tətbiq yükləmə və release proseslərində iştirak.
MVVM və ya digər arxitekturalarla iş təcrübəsi;
CI/CD prosesləri ilə tanışlıq (GitLab CI üstünlükdür);