İşin təsviri
- Şirkətin əsas informasiya sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi, yeni modulların və funksionallıqların hazırlanması və mövcud həllərin optimallaşdırılmasını təmin etmək;
- Biznes tələblərini texniki həllərə çevirmək, proqram təminatının arxitekturasını, komponentlərini və inteqrasiya mexanizmlərini layihələndirmək və inkişaf etdirmək;
- Backend proqram təminatının hazırlanması, mövcud tətbiqlərin inkişaf etdirilməsi və performans göstəricilərinin optimallaşdırılmasını həyata keçirmək;
- Sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi məqsədilə REST API-lərin hazırlanması, inteqrasiyası və dəstəklənməsini həyata keçirmək;
- Şirkətin daxili sistemləri, mobil və veb tətbiqlər, ERP və digər korporativ platformalar arasında inteqrasiyaların qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi, proqram təminatının test və production mühitlərinə etibarlı şəkildə çıxarılmasını təmin etmə
İş qrafiki: 5 günlük,
09:00-18:00
Tələblər
Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
Təcrübə: Minimum 4- 5 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.