İşin təsviri
Əməkhaqqı: 600 AZN + satışa əsasən yüksək bonus sistemi
Namizədə tələblər:
- Yaş həddi: 22–30 yaş (yalnız xanım namizədlər)
- Ali təhsil (təhsil, marketinq və ya əlaqəli sahə üstünlükdür)
- İngilis və rus dillərində ən azı B1 səviyyəsində sərbəst ünsiyyət bacarığı
- Yüksək təqdimat, inandırma və müzakirə qabiliyyəti
- Müştəri yönümlü yanaşma, aktiv və nəticəyönümlü iş prinsipi
- Komanda ilə işləmək bacarığı və adaptasiya qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərlə əlaqələrin qurulması və satış prosesinin idarə edilməsi
- Müştəri ehtiyaclarını təhlil edərək uyğun təhsil proqramlarını təklif etmək
- Satış hədəflərinin icrasını təmin etmək və aylıq hesabatlar təqdim etmək
- Şirkətin brend imicinə uyğun olaraq tədbirlərdə və təqdimatlarda iştirak etmək
Şirkət təklif edir:
- Rəqabətədavamlı əməkhaqqı + bonus imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
- Dinamik və motivasiyaedici iş mühiti
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə hr@azstudy.az elektron poçt ünvanına göndərə bilər.