Çağrı mərkəzi üzrə operator – Müştəri Xidmətləri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

166 EXPRESS MMC (166Cargo.az) – Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən və eləcə də yerli bazarda fəaliyyət göstərən e-ticarət platformalarla tərəfdaşlıq əsasında bağlamaların ölkə daxilində çatdırılması ilə məşğuldur.

Vəzifə tələbləri:

  • Ali təhsil arzuolunandır
  • Azərbaycan, rus dili arzuolunandır
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun)
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
  • Yüksək səviyyədə danışıq mədəniyyəti
  • Yaş həddi: 20-30
  • Xanım namizədlər
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən daxil olan zənglərin və müraciətlərin cavablandırılması;
  • Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
  • Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;
  • Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;
  • Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
  • Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
  • Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması; Xarici platformalardan müəyyən “ticketing” sistemlər üzərindən şirkətə aid olan sorğuların müəyyənləşdirilməsi və müvafiq şöbələr ilə əlaqə saxlayaraq sorğuların tez bir zamanda düzgün formada həll edilməsi.

İş şəraiti:

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
  • İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00
  • Ünvan: Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Çinar-Park” biznes mərkəzi, 5-ci bina, 3-cü mərtəbə, otaq 334
  • Əmək haqqı: 500 AZN

Maraqlanan şəxslər öz CV-lərini “Çağrı mərkəzi üzrə operator” başlığı altında natavan.yariyeva@166karqo.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 0552023166