Sistem and Network Administrator

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

AZZA şirkəti – Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi bu gün- “Sistem and Network Administrator ” vakansiyasını elan edir.

Tələblər:

  • İT, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Windows Server və Linux əməliyyat sistemlərinin inzibatçılığı üzrə bilik və təcrübə
  • Switch, router, firewall və digər şəbəkə avadanlıqları ilə iş bacarığı
  • Active Directory, Group Policy, Office 365 və Exchange üzrə biliklər
  • Backup/restore əməliyyatlarında praktiki təcrübə
  • Şəbəkə təhlükəsizliyi prinsipləri və beynəlxalq İT standartları üzrə biliklər

Vəzifə öhdəlikləri

  • Server və şəbəkə avadanlıqlarının inzibatçılığı və fasiləsiz işini təmin etmək
  • İT infrastrukturunda yaranan mürəkkəb texniki problemlərin həlli (L3 Technical Support)
  • İstifadəçi hesablarının yaradılması, idarəsi və təhlükəsizliyinə nəzarət
  • Active Directory, Group Policy, VPN və korporativ proqram təminatının idarə olunması
  • Backup və bərpa proseslərinin təşkili və nəzarəti
  • Antivirus və təhlükəsizlik sistemlərinin tətbiqi, monitorinqi
  • İT avadanlıqlarına texniki baxış, nasazlıqların aradan qaldırılması
  • Beynəlxalq İT standartlarına uyğun prosedurların hazırlanmasında iştirak

Şirkət təklif edir:

  • Nahar yeməyi
  • 5 günlük iş həftəsi
  • Peşəkar artım və inkişaf.
  • Rəsmi qeydiyyat
  • İş yeri Xırdalan

Namizələrdən mövzu yerində “Sistem and Network Administrator” vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə hr@azza.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.