Məzmuna keçin
Bafco İnvest yerləşdirilib

Xaricdə təhsil üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Vəzifənin məqsədi

Məktəblilərə, tələbələrə və böyüklərə xaricdə təhsil proqramı seçimində dəstək olacaq mütəxəssis axtarırıq. Proqramlara universitet təhsili, yay məktəbləri və dil kursları daxildir

Əsas vəzifə öhdəlikləri

Müştərilərə və valideynlərə xarici universitetlər, yay məktəbləri, dil kursları və qəbul şərtləri barədə məlumat vermək.

Müştərinin yaşına, dil səviyyəsinə, məqsədlərinə, büdcəsinə və istədiyi təhsil tarixlərinə uyğun proqramlar seçmək.

Sənədlərin hazırlanmasına və müraciətlərin göndərilməsinə kömək etmək, son müraciət tarixlərini izləmək.

Universitetlər, dil məktəbləri və yay proqramlarının təşkilatçıları ilə ingilis dilində yazışmaq.

İlk konsultasiyadan qəbul və ya iştirak təsdiqi alınanadək müştəriyə dəstək göstərmək.

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
  • İşgüzar yazışma aparmaq üçün kifayət qədər ingilis dili biliyi
  • Sənədlərlə diqqətli işləmək, son tarixlərə riayət etmək və qəbul şərtlərini aydın izah etmək bacarığı

Üstünlük hesab olunur

  • Ali təhsil arzuolunandır
  • Xaricdə təhsil və ya müştərilərə məsləhət xidməti sahəsində təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →