Məzmuna keçin
Bafco İnvest yerləşdirilib

Satış meneceri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Vəzifənin məqsədi

Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrinin korporativ müştərilərə satışını həyata keçirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq.

Əsas vəzifə öhdəlikləri

Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.

Korporativ müştərilərlə görüşlər keçirmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək.

Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri, dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.

Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri hazırlamaq.

Tenderlərdə, satınalma müsabiqələrində və korporativ satınalma proseslərində iştirak etmək.

Müştərilərlə danışıqlar aparmaq, qiymət və ödəniş şərtlərini razılaşdırmaq.

Müştəri bazasını genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.

Satış planlarının və aylıq/illik hədəflərin yerinə yetirilməsini təmin etmək.

Bazar, rəqiblər və müştərilərin tələbləri barədə məlumat toplamaq.

Sifarişlərin icrasını, çatdırılmanı və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti şöbələrlə koordinasiya etmək.

Tələblər

  • Müvafiq sahə üzrə B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Yeni müştərilərin müstəqil şəkildə tapılması və satış imkanlarının yaradılması bacarığı
  • Korporativ müştərilərlə, satınalma və təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı
  • Kommersiya təkliflərinin, qiymət cədvəllərinin və hesabatların hazırlanması bacarığı
  • MS Office proqramlarında işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst ünsiyyət
  • Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı
  • Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək bacarığı
  • Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır olmaq

Üstünlük hesab olunur

  • Ali təhsil arzuolunandır
  • Sənaye məhsulları, təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür
  • CRM təcrübəsi üstünlükdür
  • Rus və ingilis dillərini bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →