Vakansiya haqqında
Məşhur beynəlxalq optik brendlərin məhsullarının satışı istiqamətində fəaliyyət göstərən şirkətimiz komandamızı genişləndirmək məqsədilə "Optik Məsləhətçisi" vəzifəsi üzrə yeni əməkdaş axtarır.
Şirkətimiz müştərilərə yüksək səviyyəli xidmət göstərərək onların ehtiyaclarına uyğun eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların seçimində peşəkar dəstək təqdim edir.
Müştəriyönümlü yanaşmaya malik, satış və ya optik sahədə təcrübəsi olan, özünü inkişaf etdirməyə həvəsli və nəticəyönümlü namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun optik məhsulların seçimi üzrə peşəkar məsləhət vermək.
Eynək çərçivələri, gün eynəkləri, optik linzalar və digər optik məhsulların təqdimatını və satışını həyata keçirmək.
Müştərilərə məhsulların xüsusiyyətləri, üstünlükləri və istifadə qaydaları haqqında ətraflı məlumat vermək.
Satış prosesini şirkətin standartlarına uyğun şəkildə idarə etmək və satış hədəflərinə nail olmaq.
Sifarişlərin qəbulunu, sənədləşdirilməsini və müştəriyə təhvil verilməsini təmin etmək.
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək və uzunmüddətli müştəri əlaqələri qurmaq.
Məhsulların rəflərdə düzgün yerləşdirilməsinə, səliqəsinə nəzarət etmək.
Kassa əməliyyatlarını və satış proqramı üzrə məlumatların düzgün daxil edilməsini həyata keçirmək.
Şirkətin keçirdiyi təlimlərdə iştirak etmək və məhsul biliklərini daim yeniləmək.
Komanda üzvləri ilə əməkdaşlıq etmək və filialın ümumi fəaliyyətinə dəstək vermək.
Biz təklif edirik :
Premium brendlərlə işləmək imkanı
Məhsullar və satış texnikaları üzrə təlimlər
Müasir və peşəkar iş mühiti
KPI və bonus sistemi
Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
Əmək haqqı: 600-800 Azn + bonus
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (099) 203-05-08 (whatsapp) nömrəsinə göndərə bilərlər.
Tələblər
- Orta və ya ali təhsil
- Azərbaycan dilində sərbəst danışıq
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Müştərinin ehtiyaclarını müəyyən etmək və düzgün məhsul seçimini təklif etmək bacarığı
- Satış texnikalarını bilmək və satış nəticələrinə fokuslanmaq
- Komanda ilə işləmək bacarığı
- Kompüter və satış proqramlarından istifadə bacarığı
Üstünlük hesab olunur
- Satış və müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır
- Optika sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir
- Rus dili biliyi üstünlükdür
Oxşar elanlar
- Satış üzrə MütəxəssisKaraca · Bu gün
- Çağrı Mərkəzi OperatoruNooshCard MMC · Dünən
- SatıcıNatural Meat · Dünən
- Satış nümayəndəsi (Soyuq satış)Nurgün Motors · Dünən
- Korporativ satış üzrə mütəxəssisAteshgah Sigorta · Dünən
- Специалист по сбору информации/ Ərazilərin təyini üzrə piyada mütəxəssis2GİS · Dünən