Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi;
Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması;
Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması;
Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması;
Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi;
Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli;
Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi.
İş yeri: Ofis
Namizədlərdən CV-lərini mövzu hissəsində "Memar" yazmaqla yuxarıda Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil
- Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi
- Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər
- Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
- Azərbaycan dilini sərbəst bilmək
Üstünlük hesab olunur
- AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı
- Rus və ingilis dillərini bilmək üstünlük hesab olunur
Oxşar elanlar
- MemarNimex · 2 gün əvvəl
- Draftsman – Shore Pull & Onshore ConstructionIRES · 5 gün əvvəl
- Tikinti layihələrinin idarə olunması üzrə köməkçiPMD Group MMC · 5 gün əvvəl
- Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi)Real İnşaat MMC · 6 gün əvvəl
- KonstruktorCronos Construction · 6 gün əvvəl
- Layihəçi memarNorth West · 16 noyabr 2026