Məzmuna keçin
PMD Group MMC yerləşdirilib

Tikinti layihələrinin idarə olunması üzrə köməkçi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İclas və Görüşlərin Təşkili və Protokollaşdırılması

İclas və görüşlərdə iştirak etmək, qeydləri aparmaq və iclas protokollarını hazırlamaq;

Protokolları iştirakçılarla paylaşmaq və müvafiq məlumat bazalarında qeydiyyata alınmasını təmin etmək;

Tanışlıq və təhvil-təslim iclaslarında iştirak etmək, iclasların təşkilini təmin etmək və protokollaşdırmaq;

Sənədləşməyə Nəzarət və İdarəetmə

Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;

Layihələr üzrə hüquqi və rəsmi sənədlərin düzgün şəkildə qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;

Şirkətdən çıxan sənədlərin göndərilməsini və qeydiyyatının aparılmasını təmin etmək;

Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi və arxiv sistemində düzgün şəkildə saxlanılmasını təmin etmək;

Standartlara Uyğunluq və Keyfiyyət Təminatı

Sənəd dövriyyəsinin daxili prosedurlara və ISO 9001 keyfiyyət standartına uyğun həyata keçirilməsini təmin etmək;

Layihənin təhvil-təslimi zamanı sənədləşmə prosesinin düzgün icra olunmasına nəzarət etmək;

Koordinasiya və Əməkdaşlıq

Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənəd mübadiləsinin koordinasiyasını həyata keçirmək;

Tərəfdaş şirkətlərin lazımi sənədlər və nümunələrlə təmin olunmasını təşkil etmək;

Tender və Müqavilə Sənədləri ilə İş

Təsdiqlənmiş tender sənədlərinin uyğunluğunu yoxlamaq, onları toplamaq, çapa vermək, razılaşdırmaq, bölüşdürmək və serverə yerləşdirmək;

Təsdiqlənmiş müqavilələrin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata alınması və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;

Elektron Sistemlər və Hesabatlılıq

Aconex və digər sənəd idarəetmə sistemləri vasitəsilə tələb olunan vaxtda və formada sənəd yoxlama hesabatlarını hazırlamaq;

Əlavə Tapşırıqlar

Şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq koordinasiya işlərini yerinə yetirmək;

Rəhbərlik tərəfindən verilən digər oxşar tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil
  • Sənədlərə nəzarət üzrə ən azı 1 il iş təcrübəsi
  • Layihələrin planlaşdırılması, icrası və monitorinqi prosesləri haqqında biliklər
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə
  • Kompüter bilikləri: MS Office proqramları, eləcə də BIW, Conject, Aconex və 1C proqram təminatlarında işləmə bacarığı
  • Yüksək səviyyədə işgüzar yazışma və sənədlərlə işləmə bacarığı
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı

Üstünlük hesab olunur

  • Mülki-sənaye tikinti sahəsində təcrübə üstünlük sayılır
  • Rus dili – arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →