Məzmuna keçin
Azərbaycan Hava Yolları (AZAL) yerləşdirilib

Hava Limanları İnfrastrukturu İdarəsi/ Layihə-smeta sənədləri üzrə mühəndis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq;

Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları aparmaq;

Smeta hesablamalarının, material və əmək xərclərinin düzgünlüyünü təhlil etmək;

Layihə-smeta sənədlərinin qüvvədə olan norma, standart və texniki tələblərə uyğunluğunu yoxlamaq;

Təqdim olunan layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri düzəlişlərin aparılmasını təmin etmək;

Cari təmir və layihə işləri üzrə iş həcmlərinin hesablanmasında iştirak etmək;

Layihə-smeta sənədləri üzrə müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq;

Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;

Yerinə yetirilmiş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;

Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində
  • Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint
  • Yazılı və şifahi ünsiyyət bacarıqları
  • Problemlərin həlli bacarığı
  • Təqdimat bacarıqları
  • Öyrənmə qabiliyyəti
  • Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Komandada işləmək bacarığı
  • 5 günlük
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Üstünlük hesab olunur

  • Rus dili – arzuolunandır
  • Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →