İşin təsviri
- Təchizatçılar və anbar tərəfindən təqdim olunan materialların smetaya uyğunluğunu yoxlamaq və qəbul prosesini həyata keçirmək
- Tikinti və təmir işlərinin layihə sənədlərinə, texniki norma və qaydalara uyğun icrasına nəzarət etmək
- Təmir-tikinti smetalarının hazırlanmasında iştirak etmək və xərclərin optimallaşdırılmasını təmin etmək
- Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək
- Podratçıların gördüyü işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək
- Mağazalara baxış keçirmək, ölçü götürmək və eskizlərin hazırlanmasını təmin etmək
- Layihə komandası ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək
- Texniki sənədlərin, aktların və icra sənədlərinin hazırlanmasını təmin etmək
- Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
- Material ehtiyaclarının planlaşdırılmasında və təchizat prosesində iştirak etmək
- Aşkar edilən texniki uyğunsuzluqların aradan qaldırılması üçün operativ tədbirlər görmək
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
- Tikinti norma və qaydaları üzrə biliklər
- AutoCAD və digər layihələndirmə proqramlarında işləmə bacarığı
- Avtomobilin olması mütləqdi