Məzmuna keçin
Kristal yerləşdirilib

Memar

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifələr:

Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;

Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;

Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;

Eskiz və işçi layihələrinin hazırlanması;

Baş planların hazırlanması;

Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;

Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;

Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;

Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması;

Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.

İş şəraiti

6 günlük iş qrafiki (şənbə yarı iş günü);

İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24,

Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir)
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında)
  • Archicad proqramlarında peşəkar işləyə bilmək
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →