Məzmuna keçin
Kristal yerləşdirilib

Planlama mühəndisi

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Layihə çizgilərini incələmək, iş tiplərinə görə iş bölgüsü strukturunu və fəaliyyət siyahısını hazırlamaq;

Primavera P6 və MS Project proqramlarında əsas (baseline) icra qrafikini qurmaq;

Podratçıların iş və qiymət qrafiklərini təhlil etmək (zaman və qiymət müqayisəsi) və ümumi qrafiklə uzlaşdırmaq;

Material və avadanlıq tədarükü üçün satınalma qrafikini hazırlamaqda iştirak etmək;

Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq, faktiki məlumatları həftəlik toplamaq və qrafiki yeniləmək;

Faktiki icranı baseline ilə müqayisə etmək, gecikmələri və onların səbəblərini aidiyyəti üzrə müəyyən edib rəhbərliyə təqdim etmək;

Gecikmə riski yaranan işlər üzrə bərpa (recovery) planı təklif etmək;

Sahə görüşlərində və həftəlik iclaslarda iştirak etmək, iclas qərarlarını qrafikə əks etdirmək;

Həftəlik və aylıq irəliləmə hesabatlarını, rəhbərlik üçün əsas göstəricilər üzrə qısa icmal (dashboard) hazırlamaq;

Gündəlik sahə hesabatlarının və icra aktlarının qrafiklə uyğunluğunu yoxlamaq;

Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq.

İş şəraiti:

6 günlük iş qrafiki;

İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Planlama mühəndisi ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması
  • İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması
  • Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman çərçivəsində işləmə bacarığı)
  • Daimi bilik və bacarıqlarını inkişaf etdirməli
  • Yüksək səviyyədə araşdırma bacarıqların olması
  • Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını bilmək

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →