İşin təsviri
Baku Design Academy-nin maliyyə komandasına qoşulmaq istəyən, mühasibatlıq üzrə kurs keçmiş və praktiki təcrübə qazanmaq istəyən bir namizəd axtarırıq. Əgər sən öyrənməyə həvəsli, diqqətli və maliyyə sahəsini karyera istiqaməti seçmisənsə — bu fürsət tam sənin üçündür. Yaxşı nəticə göstərən namizədlər üçün Junior Mühasib kimi işə qəbul imkanı nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
- Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi
- E-qaimə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi
- Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması
- Debitor borcların izlənməsi
- Vergi və digər dövlət portallarında ilkin əməliyyatların icrası
Tələblər
- Maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə təhsil (tələbə və ya məzun)
- Mühasibatlıq üzrə kurs sertifikatı (üstünlük verilir)
- Microsoft Office (Excel) bilikləri
- Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq
- Komanda ilə işləmə bacarığı
Şərtlər
- Bakı şəhəri
- Tam iş günü
- Təcrübə Müddəti (3 ay)
- Uğurlu təcrübə dövrünün ardından Junior Mühasib vəzifəsinə keçid imkanı
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində ” Mühasib köməkçisi – Ad Soyadınız” qeyd etməklə hr@bda.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.