Məzmuna keçin
Baku Design Academy yerləşdirilib

Satış üzrə Böyük Mütəxəssis (satış komanda rəhbəri perspektivi ilə)

Şəhər
Bakı

Vakansiya haqqında

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.

Bu rolda əsas məqsəd BDA-nın təlim proqramlarına müraciət edən namizədləri doğru proqrama yönləndirmək və satışa çevirmək, B2C və B2B satış nəticələrini yüksəltmək, zamanla isə satış komandasının inkişafına öz nümunəsi ilə töhfə verməkdir.

Biz müştəri ilə işləməyi yaxşı bilən, satışı özü nəticəyə çatdıran, nizam-intizamlı və inkişafa açıq bir satış mütəxəssisi axtarırıq. Nəticələrinə görə bu şəxsə komanda rəhbəri vəzifəsinə yüksəlmək imkanı verilə bilər.

Əsas vəzifələr:

Müraciət edən namizədlərlə zəng və yazışma vasitəsilə əlaqə qurmaq, onları fərdi konsultasiyaya dəvət etmək;

Konsultasiya zamanı namizədin məqsəd və ehtiyaclarını müəyyənləşdirmək, ona uyğun təlim proqramını təqdim etmək və satışı nəticəyə çatdırmaq;

Qərar verməkdə tərəddüd edən müştərilərlə davamlı əlaqə saxlamaq və satış prosesini sonadək idarə etmək;

B2B istiqamətində korporativ müştərilərlə görüşlərdə, təqdimatlarda və danışıqlarda iştirak etmək;

Həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll yolları tapmaq;

CRM-də qeydləri düzgün aparmaq, satış göstəricilərini izləmək və aylıq hədəflərə çatmaq;

Satış skriptlərinin və standartlarının təkmilləşdirilməsinə öz təcrübəsi ilə töhfə vermək, yeni əməkdaşların adaptasiyasına dəstək olmaq.

Tələblər

  • Fərdi müştərilərlə satış sahəsində minimum 4 il təcrübə
  • Rəqəmlərlə ifadə olunan real satış nəticələri
  • Təhsil və ya xidmət sektorunda
  • Güclü şifahi və yazılı kommunikasiya, aydın və savadlı nitq, fərqli müştəri profilləri ilə professional münasibət qurmaq bacarığı
  • Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, CRM
  • Yüksək məsuliyyət, nizam-intizam, komanda qaydalarına hörmət və nəticəyönümlülük
  • Bu rolda bizə müştəri ilə işləməyi, onu dinləməyi və doğru qərara yönləndirməyi bacaran, satışı özü nəticəyə çatdıran və zamanla komandasını öz nümunəsi ilə gücləndirəcək bir satış mütəxəssisi lazımdır
  • Son işinizdə nə satırdınız?
  • Ayda təxminən neçə müştəri ilə danışırdınız və onlardan neçəsi satışla nəticələnirdi?
  • Əvvəlcə almaq istəməyən, amma sonda satın alan bir müştərinizi xatırlayın: o nə dedi və siz nə etdiniz?

Üstünlük hesab olunur

  • Konsultasiya əsaslı satışda təcrübə üstünlükdür
  • Komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür
  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →