Məzmuna keçin
CAMAL LTD yerləşdirilib

Satış müdiri

Maaş
2 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;

Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;

Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;

Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;

Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;

Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;

Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;

Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;

Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;

Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;

Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;

Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.

İş şəraiti

İş qrafiki: 6 günlük

Əmək haqqı: 2500 Azn + bonus

İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış müdiri” yazmaqla müraciət edilir.

Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanacaq.

Tələblər

  • Ali təhsil
  • HORECA, FMCG və ya satış sahəsində ən azı 5 il iş təcrübəsi
  • Satış komandasının idarə olunması üzrə təcrübə
  • HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Komanda idarəetməsi və liderlik bacarığı
  • Analitik düşüncə və hesabatlarla işləmə bacarığı
  • Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma
  • MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı
  • Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →