Məzmuna keçin
Group Motors yerləşdirilib

Satış üzrə məsləhətçi

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək;

Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək;

Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək;

Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək;

Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək;

Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq;

Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq;

Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək;

Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq;

Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;

Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək;

Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək;

Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

İş şəraiti

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Korporativ təlim və inkişaf imkanları;

Stabil və dinamik iş mühiti.

Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron elektron poçt ünvanına göndərə bilərlər

Tələblər

  • Ali təhsil
  • Avtomobil satışı sahəsində 2 il təcrübə
  • Azərbaycan dilində səlis danışıq
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı
  • Müştəriyönümlülük və nəzakətli ünsiyyət
  • Məsuliyyətlilik və intizam
  • Aktiv dinləmə və inandırma bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Stressə davamlılıq və operativ qərarvermə
  • Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq
  • Təşəbbüskarlıq və öyrənməyə açıqlıq
  • Dəqiqlik və detallara diqqət

Üstünlük hesab olunur

  • Rus və ingilis dillərini bilmək üstünlükdür
  • Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →