Məzmuna keçin
Group Motors yerləşdirilib

Risk və komplayens meneceri

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Kredit riski

Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq

Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək

Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq

Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək

Qərar mexanizmi və siyasətlər

Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək

Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək

Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq

Komplayens və AML

KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək

Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək

AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq

Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək

Daxili nəzarət

Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq

Sistemlərə giriş hüquqlarına nəzarət etmək

Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək

Tələblər

  • Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
  • Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
  • AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
  • Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
  • Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →