Vakansiya haqqında
Qısa məzmun
BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
Ərazi: Bakı
Maaş: Razılaşma
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;
Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;
Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və vəsatətlər hazırlamaq;
İcra şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;
BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs qismində təmsil etmək;
Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün hüquqi prosedurları həyata keçirmək;
Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək;
Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar aparmaq;
Hüquqi sənədləri hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;
Elektron Məhkəmə və Elektron Notariat sistemlərində işləmək;
Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək;
Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi
- Ali hüquqi təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti
- Microsoft Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı
Üstünlük hesab olunur
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
Oxşar elanlar
- Hava Limanında Hüquqşunas"VİP Xidmətlər Qrupu" MMC · Bu gün
- Risk və komplayens meneceriGroup Motors · Dünən
- Hüquq şöbəsi / Baş hüquqşunasAzerGold CJSC · 5 gün əvvəl
- “Gəncə ” filialının hüquq məsləhətçisiXalq Bank · 5 gün əvvəl
- HüquqşünasTABIA Group · 6 gün əvvəl
- Komplayens xidmətinin mütəxəssisi"Qala Sığorta" ASC · 29 oktyabr 2026