Məzmuna keçin
Baku Electronics yerləşdirilib

Marketinq layihələri üzrə baş mütəxəssis

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Marketinq layihələri portfelini idarə etmək, layihələri biznes prioritetlərinə uyğun sıralamaq və resursları bölüşdürmək;

Şirkətin ən mühüm, çoxkanallı kampaniyalarının (mövsümi kampaniyalar, brend layihələri, mağaza açılışları və s.) başdan sona idarə edilməsinə rəhbərlik etmək;

Layihə məqsədlərini, KPI-ları, büdcəni və zaman cədvəlini müəyyənləşdirmək, rəhbərliklə razılaşdırmaq;

Strateji vendor və partnyorlarla münasibətləri idarə etmək, müqavilə şərtlərinin danışıqlarını aparmaq və onların performansını qiymətləndirmək;

Layihə idarəetməsi üzrə vahid standartlar, şablonlar və prosedurlar hazırlamaq və tətbiq etmək;

Layihələrin risklərini əvvəlcədən müəyyən etmək, risklərin idarə edilməsi planlarını hazırlamaq və böhranlı vəziyyətlərdə operativ qərarlar təklif etmək;

Kampaniya performans göstəricilərini (KPI, ROI, ROMI) təhlil etmək və nəticələrə əsasən strateji tövsiyələr hazırlamaq;

İstehlakçı davranışı və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;

Aparıcı, orta və kiçik menecerlərə metodiki rəhbərlik və mentorluq etmək, onların işinin keyfiyyətinə nəzarət etmək;

Layihələr üzrə rəhbərliyə konsolidə edilmiş hesabatlar təqdim etmək.

İş şəraiti:

İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)

İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən çoxkanallı kampaniyaların idarə edilməsi təcrübəsi olmalı
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləməli
  • Büdcə planlaşdırması və maliyyə göstəricilərinin (ROI, ROMI) təhlili üzrə praktiki təcrübə
  • Şirkətin ehtiyacından asılı olaraq reklam, video çarx, sosial media paylaşımları və ya səsli kommunikasiya materiallarında (voiceover, video cast) şirkətin siması və ya səsi olaraq iştirak etməyə hazır olmaq
  • Şirkətdə çalışdığı müddət ərzində digər şirkət, marka və agentliklərlə influencer, aktyor, model və ya voiceover qismində əməkdaşlıq etməmək
  • Analitik düşünmə tərzinə malik, ünsiyyətcil olmalı və təqdimat etməyi bacarmalı
  • Strateji planlaşdırma bacarığına malik olmalı
  • Operativ və düzgün qərar verməyi bacarmalı
  • Problemləri həll etmə bacarığı olmalı
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
  • Rus - Yüksək
  • Baku Electronics-də sizi nələr gözləyir?

Üstünlük hesab olunur

  • Müvafiq sahədə üstünlükdür
  • Layihə idarəetmə alətləri (MS Project, Trello, Asana, Jira və ya oxşar) ilə iş təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →