Məzmuna keçin
Barattson yerləşdirilib

Marketinq mütəxəssisi

Maaş
1 000 – 1 200 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Barattson “Marketinq mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

Sosial şəbəkələrin idarə olunması;

Kontent planının hazırlanması və paylaşımlar üçün mətnlərin yazılması;

Reels videoları üçün ssenarilərin və dizayner, videoqraf üçün briflərin hazırlanması;

Meta Ads platformasında reklam kampaniyalarının qurulması, işə salınması və optimallaşdırılması;

Reklam və kontentin effektivliyinin təhlil edilməsi;

Tədris proqramlarının öyrənilməsi və kursların tanıdılması üçün marketinq materiallarının hazırlanması;

Marketinq tapşırıqları ilə bağlı müvafiq bölmə rəhbərləri ilə əməkdaşlıq edilməsi;

Həftəlik hesabatların hazırlanması.

İş şəraiti

İş qrafiki: Həftəiçi 5 iş günü; iş saatı 10:00 – 19:00

İş yeri: Elmər filialı;

Əmək haqqı: 1000 – 1200 AZN

Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “ Marketinq mütəxəssisi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Tələblər

  • Ali təhsil
  • SMM və digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Meta Ads Manager ilə praktiki iş təcrübəsi
  • Reklam kampaniyalarını müstəqil şəkildə qurmaq və optimallaşdırmaq bacarığı
  • Reklam mətnlərinin yazılması və kontent planlarının hazırlanması bacarığı
  • Statistik məlumatları təhlil etmək və marketinq fəaliyyətinin nəticələrini qiymətləndirmək bacarığı
  • Məsuliyyətlilik, təşkilatçılıq və işlərin müəyyən edilmiş müddətdə yerinə yetirilməsi
  • Azərbaycan dili sərbəst

Üstünlük hesab olunur

  • Marketinq, İqtisadiyyat istiqamətləri üzrə arzu olunandır
  • İngilis və rus dillərini bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →