Məzmuna keçin
Prior Leasing yerləşdirilib

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

Maaş
1 200 – 1 400 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlar əsasında həyata keçirmək;

Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını qurmaq, idarə etmək və optimallaşdırmaq;

Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar planlaşdırmaq;

Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək;

Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək;

Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar arasında bölüşdürmək;

Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları izləmək;

Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq;

Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;

Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək;

Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin hazırlanmasını koordinasiya etmək;

A/B testləri aparmaq (reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək;

E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil etmək;

Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata keçirmək;

Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək;

Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək

İş şərtlərimiz:

Əmək haqqı: 1200-1400 AZN;

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30;

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil
  • Digital marketinq sahəsində minimum 1 il iş təcrübəsi
  • Google Ads və Meta Ads reklam kampaniyalarının idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı
  • Lead generation və sosial media idarəçiliyi üzrə biliklər
  • SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək
  • Regionlara ezamiyyətə hazır olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →