Məzmuna keçin
Prior Leasing yerləşdirilib

İnsan resursları və inzibati işlər şöbəsinin müdiri

Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək;

İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək;

İşə qəbul proseslərində şirkət adından rəy vermək;

Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq;

Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək;

Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;

Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək;

Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;

Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;

İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;

Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;

Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;

Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək;

Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək;

İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;

Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək.

İş şərtlərimiz:

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30;

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ İnsan resursları və inzibati işlər şöbəsinin müdiri ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı
  • Azərbaycan dili səlis
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli

Üstünlük hesab olunur

  • İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır
  • Rus və ingilis dili üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →