İşin təsviri
Əgər səyahət hekayələrini ekranda canlandırmaq, trendi tutmaq və hər postun arxasında nəticə görmək sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Instagram, TikTok, Facebook, LinkedIn və digər platformaların idarə edilməsi
- Kreativ və satış yönümlü kontent ideyalarının hazırlanması
- Həftəlik və aylıq kontent planının hazırlanması
- Reels, Stories və postların hazırlanması və paylaşılması
- Trend və viral kontentlərin izlənilməsi və tətbiqi
- Foto/video çəkilişlərinin təşkili və kontent istehsalına nəzarət
- Rəqiblərin və bazarın analiz edilməsi
- Sosial media nəticələrinin izlənilməsi və hesabatların hazırlanması
- Marketinq və satış komandası ilə koordinasiyalı işləmək
Tələblər
- Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
- SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis yazı və danışıq
- Rus və ingilis dili biliyi üstünlükdür
- Kreativ düşüncə və güclü vizual zövq
- Instagram və TikTok trendlərinə hakimlik
- Canva, CapCut və oxşar proqramlarla işləmək bacarığı
- Güclü kommunikasiya bacarığı
- Komandada işləmək və operativ qərarvermə bacarığı
Biz nə təklif edirik?
- Dinamik və peşəkar iş mühiti
- Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
- Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
- Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti