Məzmuna keçin
Baku Steel Company yerləşdirilib

Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)

Şəhər
Sumqayıt
İş növü
Tam iş günü

Vakansiya haqqında

İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək;

İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək;

Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək;

Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək;

Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək;

SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək;

Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək;

Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək;

Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil
  • Keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
  • Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər
  • Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə
  • ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı
  • Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı
  • Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək

Üstünlük hesab olunur

  • ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür

Oxşar elanlar

Bütün Sumqayıt vakansiyaları →