Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Kimyəvi analiz hesabatlarını qeydiyyata alıb, Protokol sənəd qovluğuna yerləşdirmək;
Yeni məhsulun dövriyyəyə alınması prosesində tökmə sahəsindəki bütün proseslərin (metal əritmə, qəlibləmə, içlik hazırlama) yaxından izlənməsi və sənədləşmənin aparılması;
Yeni məhsul dövriyyəyə alındığı zaman KT və KN şöbəsinin tutduğu hesabatları əldə edib, qovluqlara yerləşdirmə;
Yeni məhsul izlənmə cədvəlinin cari saxlanmasının təmin edilməsi;
“PPAP” sənədlərinin hazırlanması zamanı öz sahəsi üzrə olan sənədlərin işlənməsi.
“Dizayn istehsal planı”, “Model istehsal planı”, “Yeni istehsal planı” cədvəllərini izləməli və “Protokol sənədlər” cəvəlinin isə güncəl saxlanmasını təmin edir;
Yeni məhsulun istehsalat addımlarının izlənməsi və nəticələrinin qeydə alınması;
İstehsal olunan məhsulların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Yeni tökülən məhsulların kəsmə-cilalama və qaynaq təlimatlarının yazılmasını təmin etmək;
Yeni məhsulun son nəticəsinin protokol şəkildə sənədləşdirilməsi;
Şöbə rəhbərinin tapşırdığı digər texniki məsələlərin həllində fəal iştirak etmək.
İş şəraiti
İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Kiçik metod mühəndisi ” başlığı ilə CV göndərə bilərlər.
Tələblər
- Təhsil: Ali (Metallurgiya sahəsində təhsil)
- Təcrübə: 1 il
- Kompyuter biliyi: MS Office proqramları
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri
- Metalların ümumi xüsusiyyətlərini və qəlibləmə texnologiyasını bilmək
- MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilməlidir
- Yerli və beynəlxalq (DÜST, GOST, EN, İSO, APİ, AWWA və s.) standartlarda olan toleranslarla işləmək və bunları bilmək
Oxşar elanlar
- Keyfiyyətə nəzarət üzrə mütəxssis (Masazır və Sumqayıt)Azersun Holding · 3 gün əvvəl
- Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)Baku Steel Company · 4 gün əvvəl
- Kiçik Sənaye MühəndisiGiltex MMC · 5 gün əvvəl
- Sahə mühəndisi (Sumqayıt)NorthWest Construction · 16 oktyabr 2026
- Electrical TechnologistVEXA DS LLC · 16 oktyabr 2026
- Boya operatoruSAMT LLC · 5 gün əvvəl