Partnyorlarla iş bölməsinin eksperti

İşin təsviri

  • Bank tərəfindən təqdim olunan müraciət siyahısı əsasında potensial müştərilərlə əlaqə saxlamaq;
  • Müştərinin biznes fəaliyyətini ilkin mərhələdə qiymətləndirmək və tələb olunan məlumatları toplamaq;
  • Kredit verilməsinin məqsədəuyğunluğunu təhlil etmək;
  • Uyğun hesab edilən müştəriləri kredit rəsmiləşdirilməsi üçün müvafiq filiallara yönləndirmək;
  • Filialları gündəlik məlumatlandırmaq və müraciətlərin icra vəziyyətini izləmək.

Tələblər:

  • İş təcrübəsi- 1-2 il
  • Azərbaycan – Yüksək
  • Rus – Orta
  • MS Office – orta
  • Ali təhsil – bakalavriat

​​​​​​​Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.