Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis

İşin təsviri

· Filiallardan daxil olan Aqro və mikro kreditləri üzrə təklifləri operativ şəkildə təhlil etmək və çevik, əsaslandırılmış qərarlar verərək təklifləri kredit komitəsinə hazırlamaq;

· Kredit analizləri üçün təhlil formalarının təkmilləşdirilməsi və qərarların avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək;

· Verilmiş kreditlərin keyfiyyətini qiymətləndirmək və gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;

· Aqro və mikro kreditlərində riskli məqamların araşdırılması, ehtiyac olduğu halda nəzarət baxışı (supervision) və davamlı monitorinqlərin aparılması.

Tələblər

· Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

· Bankda kredit sahəsi üzrə minimum 3 il iş təcrübəsi (AMD kreditləri üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır);

· Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;

· MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;

· Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

· Analitik düşünmə qabiliyyəti;

· Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;

· Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

· Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.