Məzmuna keçin
Bank VTB (Azərbaycan) yerləşdirilib

Korporativ müştərilərlə iş üzrə şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Bankın müştəri bazasının formalaşdırılması və inkişafı, müştərilərin təsnifləndirilməsi;

İri və orta biznesin korporativ müştərilərinə xidmətin təşkili;

Bankın məhsul və xidmətlərinin təşkili və çarpaz satışlarının həyata keçirilməsi;

Rəqiblər tərəfindən tətbiq olunan korporativ müştərilərə xidmətin forma, metod və texnologiyaların təhlili;

Korporativ müştərilərə xidmətin mövcud reqlamentlərinə riayət olunmasına nəzarət;

Korporativ müştərilərə daha keyfiyyətli, peşəkar və səmərəli xidmət göstərilməsinin təmin edilməsi;

Şöbənin işinin planlaşdırılması və inkişafının təmin edilməsi.

Tələblər

  • İqtisadiyyat /maliyyə sahəsində ali təhsil
  • Azı iki illik iş təcrübəsi
  • Azərbaycan Respublikasının bank sahəsində qanunvericiliyinə bələd olma
  • AR Mərkəzi Bankının kreditləşmə qaydaları
  • Beynəlxalq Maliyyə Hesabatı Standartlara bələd olma
  • Yaxşı ünsiyyətqurma bacarıqları, analitik düşünmək qabiliyyəti
  • Mütəşəkkillik, məsuliyyətlilik
  • Hədəfə istiqamətlənmə, stressə davamlılıq, yüksək səviyyədə işləmək qabiliyyəti
  • Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilmək
  • MS Office ofis proqramlarını bilmək (Word, Excel, Power Point)

Üstünlük hesab olunur

  • İngilis dili (üstünlük veriləcək)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →