Vakansiya haqqında
FLARM MMC komandasına “Xarici Satınalma üzrə Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
Xarici təchizatçılar (istehsalçılar, rəsmi distribyutorlar və ticarət şirkətləri) ilə yazılı və şifahi danışıqların aparılması, kommersiya şərtlərinin (qiymət, ödəniş, çatdırılma müddəti, zəmanət və s.) razılaşdırılması
Xaricdən mal və xidmətlərin satınalma prosesinin planlaşdırılması, təşkili və icrasına tam nəzarət; sifarişlərin vaxtında və düzgün yerinə yetirilməsinin təmin edilməsi
Qiymət təkliflərinin (quotation, proforma invoice və s.) toplanması, texniki və kommersiya baxımından müqayisəli təhlilinin aparılması və optimal təchizatçı seçiminin əsaslandırılması
Satınalma müqavilələrinin, sifariş formalarının və digər aidiyyəti sənədlərin hazırlanması, hüquqi və maliyyə şərtlərinə uyğunluğunun yoxlanılması, müqavilə öhdəliklərinin icrasına nəzarət
Mövcud və potensial təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təsdiqlənməsi; təchizatçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi
Satınalma xərclərinin azaldılması və proseslərin səmərəliliyinin artırılması məqsədilə bazar araşdırmalarının aparılması və optimallaşdırma üzrə təkliflərin hazırlanması
Satınalma əməliyyatları üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, rəhbərliyə analitik məlumatların və tövsiyələrin təqdim edilməsi
Beynəlxalq ticarət qaydaları, Incoterms, ödəniş formaları (LC, TT və s.) üzrə əməliyyatların düzgün icrasına nəzarət
Daxili şöbələrlə (maliyyə, anbar, logistika, istehsalat və s.) koordinasiyalı şəkildə işləyərək satınalma proseslərinin fasiləsizliyinin təmin edilməsi
Tələblər
- Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
- Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr)
- Azərbaycan dili, ingilis dili və rus dili(yüksək səviyyədə)biliyi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
- Analitik və strateji düşünmə qabiliyyəti
- Məsuliyyətlilik və nəticəyönümlülük
- Vaxtın düzgün idarə olunması və prioritetləşdirmə bacarığı
- Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı
- Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
- Detallara diqqət və yüksək iş intizamı
- Təşəbbüskarlıq və davamlı inkişaf istəyi
Oxşar elanlar
- Avtokar sürücüsüUnimetal · Dünən
- Anbar və Avadanlıq Nəzarətçisi (Servis sahə üzrə əsas vəsaitlər)Nimex · Dünən
- Tender Sonrası üzrə Baş MütəxəssisPASHA Real Estate Group · Dünən
- Mexanizator-Traktor sürücüsü/Ceyrançöl təsərrüfatıAgro Dairy · Dünən
- Kuryer-sürücüBiopet.shop · Dünən
- Satınalma üzrə aparıcı mütəxəssisFacility Management Group · Dünən