Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Video məzmunların istehsalı: Şirkətin marketinq strategiyasına uyğun olaraq video konseptlərin hazırlanmasında iştirak etmək, çəkiliş və montaj prosesini həyata keçirmək;
  • Tədbir və layihələrin çəkilişi: Mağaza açılışları, kampaniyalar, daxili tədbirlər, məhsul təqdimatları və korporativ layihələrin video çəkilişini təşkil etmək;
  • Sosial media kontenti: Sosial media platformaları (Instagram, Facebook, TikTok, YouTube və s.) üçün trendlərə uyğun, kreativ və dinamik video məzmunlar hazırlamaq;
  • Post-prodakşn (Montaj): Çəkilmiş materialların montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, həmçinin motion qrafika, subtitr və digər vizual effektlərin əlavə edilməsini həyata keçirmək;
  • Brendə uyğunluq: Hazırlanan bütün video materialların şirkətin Brend Kitabçasına (Brand Guideline) uyğunluğunu təmin etmək;
  • Avadanlıqların idarə edilməsi: Çəkiliş üçün lazımi avadanlıqların (kamera, işıq, mikrofon, stabilizator və s.) düzgün istifadəsini, qorunmasını və sazlığını təmin etmək;
  • Vaxtın idarə edilməsi: Müəyyən edilmiş kontent planına və son tarixlərə (deadline) ciddi riayət edərək layihələri vaxtında təhvil vermək;
  • Ezamiyyətlər: Vəzifə öhdəliklərinin icrası çərçivəsində ehtiyac olduqda regionlarda çəkilişlərin aparılması məqsədilə ezamiyyətlərdə iştirak etmək.

Vəzifə üzrə tələblər:

  • Təhsil: Videoqrafiya, Multimedia, Kino, Media və ya əlaqəli sahə üzrə ali və ya peşə təhsili;
  • İş təcrübəsi: Videoqraf və ya Video Editor kimi minimum 2 il iş təcrübəsi (Retail və ya reklam agentliyi təcrübəsi üstünlükdür);
  • Portfolio: Portfolio və ya showreel təqdim edilməsi mütləqdir.
  • Əsas proqramlar: Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
  • Alternativ və köməkçi proqramlar: DaVinci Resolve, Final Cut Pro, Adobe Photoshop və Adobe Illustrator proqramları ilə işləmək bacarığı (üstünlükdür);
  • Süni İntellekt (AI) alətləri: Runway, Topaz Video AI, CapCut AI, Adobe Firefly və digər AI əsaslı alətlərdən istifadə etməklə video montajı, rəng korreksiyası, səs təmizlənməsi və subtitr yaradılması təcrübəsi;
  • Avadanlıq: Professional kamera, işıq, səs və digər çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı.
  • Post-prodakşn: Video montajı, rəng korreksiyası (Color Grading), səs tənzimlənməsi və motion qrafika üzrə dərin biliklər;
  • Sosial Media: Instagram Reels, TikTok, YouTube Shorts və digər platformaların formatlarına, trendlərinə uyğun video məzmun hazırlamaq bacarığı.
  • Kreativ düşüncə, yüksək vizual estetik zövq və detallara diqqət;
  • Vaxtın effektiv idarə olunması (multitasking) və layihələri təyin olunmuş deadline-a uyğun təhvil vermək bacarığı;
  • Komandada işləmək və yüksək ünsiyyət (kommunikasiya) bacarıqları.

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com elektron poçt ünvanına “Videoqraf” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.