İşin təsviri
- Tender elanlarının mütəmadi olaraq izlənilməsi və uyğun tenderlərin müəyyən edilməsi
- Tender sənədlərinin hazırlanması və təqdim edilməsi prosesinin təşkili
- Müvafiq dövlət və özəl qurumlarla yazışmaların aparılması
- Tender şərtlərinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi
- Müqavilələrin hazırlanması və icra prosesinə nəzarət
- Tender sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
Tələblər:
- Tender sahəsində minimum 1 il iş təcrübəsi
- Microsoft Excel və Word proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Riyazi biliklərin yaxşı səviyyədə olması
- Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik
- Məsuliyyətli, dəqiq və operativ işləmə bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 800–1000 AZN (namizədin təcrübəsinə uyğun olaraq) + bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini hr@bsc-group.az elektron ünvanına Subject/Mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.