Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;
  • Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;
  • Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;
  • Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;
  • Mərkəzin marketinqsatış strategiyasının formalaşdırılmasında iştirak etmək;
  • Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;
  • Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;
  • Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • İş təcrübəsi:
    Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Liderlik və təşkilatçılıq bacarığı;
  • Strateji düşünmə və qərarvermə bacarığı
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Problem həll etmə və nəticəyönümlülük bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Satış və biznes inkişafı üzrə biliklər;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
  • İngilis dili biliyi – C1;
  • Rus dilində ünsiyyət bacarığı üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik və bacarığına əsasən);
  • İş qrafiki: 6 gün / 09:00 – 18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

Tələblərə cavab verən namizədlər “Direktor” başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.