Mühasib koordinator

Bu gün
₼800 - ₼1200
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Qarşı tərəflərlə hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması;
  • Müxtəlif sənədlərdəki məlumatların tutuşdurulması və uyğunsuzluqların müəyyən edilməsi;
  • Məlumatların Excel cədvəllərində işlənilməsi, yoxlanılması və sistemləşdirilməsi;
  • Müvafiq şirkət və şəxslərlə əlaqə saxlanılması, üzləşmələrlə bağlı məsələlərin operativ həlli;
  • Sənədlərin və məlumatların düzgünlüyünə nəzarət edilməsi;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • 1C proqramını bilmək arzuolunandır;
  • Rəqəmlərlə işləmək və məlumatları müqayisə etmək bacarığı;
  • Cəld, çevik, diqqətli və məsuliyyətli olmaq;
  • Operativ işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Ünsiyyət və koordinasiya bacarıqları.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 800–1200 AZN (namizədin bacarıqlarına əsasən müəyyən edilir);
  • Yaşayış yeri: Fatmayı, Goradil və Sumqayıt əraziləri.

Maraqlanan namizədlər CV-lərini hr@bsc-group.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib-koordinator” qeyd edilməlidir.